Fransa portalı: Azərbaycanda 1 milyon QAÇQIN

05 Sentyabr 2018 10:35

Fransanın AgoraVOX portalında “Azərbaycanda 1 milyon qaçqın” adlı məqalə dərc olunub. Yazıda Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bunun nəticəsində yaranan problemlərdən söhbət açılıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisinin işğalı ilə bağlı 4 qətnamə qəbul etdiyi, bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunan ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmasının tələb olunduğu və həmin tələblərin yalnız kağız üzərində qaldığı, Ermənistanın onlara riaytə etmədiyi vurğulanıb. Həmçinin torpaqlarımızın işğalı nəticəsində 1 milyon azərbaycanlının öz doğma evindən didərgin düşdüyü, məcburi köçkün və qaçqın həyatı yaşadığı da diqqətə çatdırılıb. Məqalədə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, karbohidrogenlərlə zəngin ölkəmizin iqtisadiyyatını şaxələndirilməsi, kənd təsərrüfatı, yenilənən enerji, nəqliyyat, turizm sahələrinin inkişafına böyük önəm verməsi də qeyd edilib.