Dövlət əmlakına zərər vurur, hələ bir qürrələnir də

09 Avqust 2018 11:49

Bu görüntüləri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində, ARB media qrupunun təhlükəsizlik kameraları çəkib. Qrupdan ayrılan şəxs biri heç bir səbəb olmadan, elektrik dirəyinin aksesuarını anlaşılmaz şəkildə qırır. Bundan qürrələnir və heç nə olmamış kimi yolluna davam edir. Hələlik bu şəxsin kimliyi isə bizə də məlum deyil. Bele faktlar onlarladır. Bu kadırlarda isə işıq lampaları məhv olunub. İndi yalnız infrastrukturun izləri qalıb. Belə dayanacaqlara şəhərdə addımbaşı rast gəlmək olar. Bu infrastrukturun qurulmasına dövlət milyonlarla pul xərcləyib. Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, cinayət tərkibli əməllər ehtiyatsızlıq və ya qəsdən törədilir. Dövlət mülkiyyətinə ehtiyatzıslıqdan ziyan dəyərsə məhkəmənin qərarı ilə dəyən zərəri vətəndaş ödəyir. Bu qəsdən törədildikdə cinayət tərkibi daşıyır. Qanunda bu cür hallarda dəymiş ziyanın məbləği mühüm rol oynayır. Əgər zərər 5 min manatdan yuxarıdırsa vətəndaş həbs oluna bilər. Hüquqşünasın fikrincə, bu sahədə qanunlar daha da sərtləşdirilməli, cinayət məsuliyyəti üçün nəzərdə tutulan məbləğ aşağı salınmalıdır.Ən əsası maarifləndirmə aparılmalı və ictimai qınaq olmalıdır.


NURLAN VİLAYƏTOĞLU