Kirayə evlərin qiymətləri artdı

09 Avqust 2018 09:50

Siracəddin kimi, yüzlərlə tələbə dərs ili ərəfəsində bu problemlə üzləşib. Mütəxəssislərin sözlərinə görə, hazırda kirayə mənzil bazarında  20 faizədək artım var. Buna evlərin sayının məhdud olması da öz təsirini göstərir. Qiymət artımı daha çox təhsil ocaqlarının və metro stansiyalarının yaxınlığında  yerləşən mənzillərdə müşahidə olunur. Ekspertlərin sözlərinə görə, bahalaşmaya səbəb köhnə tikililərin plana düşməsi və sökülməsidir. Buna görə də mərkəz ilə ətraf ərazilərdə yerləşən evlərin kirayə qiymətində 100-250 manat qiymət  fərqi olur. Bundan başqa, yeni tədris ili öncəsi bölgələrdə yaşayan tələbələrin kütləvi şəkildə kirayə mənzil axtarışları da qiymətlərin bahalaşmasına səbəb olub. Qiymət artımına səbəb olan daha bir faktor bölgələrdən paytaxta işləməyə gələnlərdir. Ekpertlərin proqnozuna görə, kirayə mənzil bazarında qiymətlər avqustun sonları - sentyabrın əvvəllərində bir qədər də arta bilər. Bu artımın oktyabr ayınadək davam edəcəyi gözlənilir. Odur ki, paytaxtda kirayə mənzil icarələmək istəyənlər bunu bir qədər tez reallaşdırmalıdırlar. Əks halda, məcburiyyət qarşısında qalaraq daha çox vəsait xərcləməli olacaqlar.


SAMİR NAMİQOĞLU