Tovuzda 2 mülki şəxs minaya düşdü

07 Avqust 2018 14:12

Tovuzda iki mülki şəxs minaya düşüb. Hadisə cəbhə xəttinin Əlibəyli kəndi ərazisində baş verib. Ərazidə heyvan otaran kənd sakinləri, 24 yaşlı Elşad Mehdiyev və 14 yaşlı Elgün Hüseynov minaya düşərək ağır bədən xəsarəti alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Tovuz Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya gətirilən Elgün Hüseynovun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir. Ağır xasarət alan digər şəxs,Vidadi Mehdiyev isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir. Faktla bağlı araşdırmalara başlanılıb.


Tovuz rayonunda iki mülki şəxs minaya düşüb. Hadisə cəbhə xəttinin Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Kənd sakinləri, 24 yaşlı Elşad Mehdiyev və 14 yaşlı Elgün Hüseynov minaya düşərək ağır bədən xəsarəti alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.