Orxan Camalı dəfn edə biləmirlər - SƏBƏB?

06 Avqust 2018 15:10

Mərkəzi Afrika Respublikasında öldürülmüş Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalı dəfn edə bilmirlər. Buna səbəb Rusiyanın Mərkəzi Afrika Respublikasındakı konsulunun jurnalistin ölümü ilə bağlı imzaladığı yekun rəyin itirilməsidir. Bu barədə jurnalist Maksim Şevçenko “Facebook” səhifəsində yazıb. O bildirib ki, yekun rəy olmadan dəfn gerçəkləşə bilməz. Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da münasibət bildirib: “Düşünürəm ki, yekun rəyi yük təyyarəsində itiriblər. Həmin sənəd olmadan isə dəfn mümkün deyil. Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyi, İstintaq komitəsi və Xarici İşlər Nazirliyi sənədin bərpasına çalışır” deyə o, bildirib.