Hərbçilərimiz NATO təlimlərində

06 Avqust 2018 15:03

Gürcüstanda Azərbaycan hərbiçilərinin də qatıldığı “Layiqli tərəfdaş 2018” çoxmillətli təlimləri davam edir. NATO-nun dəstəyi ilə Vaziani hərbi bazasında keçrilən manevrlərdə hərbçilər müxtəlif cür silahlardan atışları və digər tapşırıqları yerinə yetirirlər. Təlimlərə qatılan amerikalı hərbçilər "Strayker" zirehli texnikasının döyüş zamanı istifadə qaydasını hərbiçilərlə bölüşüblər.Avqustun 15-dək davam edəcək manevrlərdə Azərbaycanla yanaşı, 12 ölkənin 3 mindən çox hərbçisi iştirak edir. Təlimin məqsədi regionda təhlükəsizlik və stabilliyin mğhkəmləndirilməsi, müdafiə və hücum əməliyyatlarında döyüş imkanı və qabiliyyətlərinin təkmilləşdirilməsi, NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları ilə qarşılıqlı uzlaşmanın inkişaf etdirilməsidir.


AZƏR MƏMMƏDOV