ARB 24 telekanalı mükafatlandırıldı

04 Avqust 2018 14:15

Dünyanın 20-yə yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri Bakıda bir araya gəliblər. Türkiyə, Ukrayna, Rusiya, İsveç, Fransa və digər ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ edən təşkilatların nümayəndələri bu sahədə mövcud problemləri müzakirə ediblər, işi təkmilləşdirmək üçün atılması zəruri olan addımları nəzərdən keçiriblər. Tədbirdə Azərbaycan həqiqətlərinin təbliğində xüsusi rolu olan media qurumları təltif olunub. Diaspor sahəsini yaxından işıqlandıran ARB 24 telekanalı da mükafatlandırılıb.