Rumıniya səfiri cəbhə bölgəsində oldu

04 Avqust 2018 10:57

Tovuzun Ağdam kəndi mütəmadi olaraq düşmən tərəfdən atəşə tutulur. Amma bu, kənd sakinlərini qorxutmur. Onlar Azərbaycan əsgərlərinə güvənərək, kənddə öz həyatlarına davam edirlər. Mövcud vəziyyətlə tanış olmaq üçün Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Ermənistanla həmsərhəd Ağdam kəndinə gedib. Səfir Dan İanku həmçinin, Tovuzda rayonla ölkəsinin bölgələrindən birinin qardaşlaşması imkanlarını nəzərdən keçirib. Bu məqsədlə Tovuzun sosial-iqtisadi, mədəni imkanları, eləcə də turizm potenialı öyrəniləcək. Həmçinin kənd təsərrüfatının üzümçülük və şərabçılıq sahələrindəki vəziyyət araşdırılacaq.