Xam neftlə dolu ilk tanker qəbul edildi

03 Avqust 2018 16:51

Xam neftlə dolu ilk tankerin qəbulu münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən SOCAR-Türkiyənin baş direktoru Zaur Qəhrəmanov bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq müəssisənin sınaq prosesinin uğurla davam etdiyini deyib. Bildirib ki, yerli istehsalı artıran, idxalata bağlılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələr növbəti illərdə daha da genişləndiriləcək. STAR-ın məhsullarının ilkin olaraq Avropa, Orta Şərq və Afrika ölkələrinə idxalı nəzərdə tutulub. Zavodda gündəlik 214 min barrel xam neft emal ediləcək ki, bu da Türkiyənin illik kəsirinin 1 milyard 500 milyon dollar azaldacaq. Layihə  yeni iş yerlərinin açılmasına da töhfə verəcək. Zavod tam gücü ilə fəaliyyətə başladıqda burada ən azı 1100 nəfər işlə təmin olunacaq. 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştriakı ilə təməli qoyulan STAR neft emalı zavodunun ərsəyə gəlməsinə 6 milyard 300 milyon dollar vəsait xərclənib. İl ərzində 10 milyon ton xam neft qəbul etmək imkanına sahib olacaq bu müəssisə Türkiyənin dizel yanacağına olan ehtiyacının ¼-ni ödəmiş olacaq.


ALLAHVERDİ NADİROĞLU