Müdafiə naziri bölmələrin qışa hazırlığını yoxladı

02 Avqust 2018 10:44

Müdafiə nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olub. Üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edən nazir Zakir Həsənov hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb. Müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə konkret tapşırıqlar verib. Nazir sərhədyanı ucqar dağ kəndlərindən birində yerli sakinlərlə də görüşüb, yaşayış məntəqələrinin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.