Jurnalistlərin qətlinin təfərrüatı məlum oldu

01 Avqust 2018 16:55

Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın və daha iki həmkarının Mərkəzi Afrika Respublikasında qətlə yetirilməsinin detalları açıqlanıb. Sibyu şəhərinin rəsmisi Marselina Yoyo bildirib kİ, Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlamaq üçün Mərkəzi Afrika Respublikasına yollanan çəkiliş qrupu şəhərdən 23 km uzaqlıqda hücum məruz qalıb. Hücum edənlərin hamısı ərəbcə danışıb. Təhlükəsizlik qüvvələri qaranlıqda şəhərdən çıxmamağı tövsiyə etsə də, onlar qulaq asmayıblar. çəkiliş qrupu gecə yarısı kolların arasından atəşə tutulub. Rusiyalı jurnalistlərin Mərkəzi Afrika Respublikasına sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərildiyi təsdiqlənib.