Biri qarpızdan zəhərləndi, biri isə yandı

01 Avqust 2018 15:59

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Rayon sakini, 14 yaşlı Adil Abdullayev qarpızdan zəhərlənib. Yaxınları yeniyetmənin vəziyyətinin evdə qarpız yedikdən 1 saat sonra pisləşdiyini deyiblər. Valideynləri onu Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. Hazırda uşağın vəziyyəti kafidir.


3 yaşlı uşaq isə yanıq xəsarətləri alıb. Əliyev Elvin Sabir oğlu valideynlərin diqqətsizliyi nəticəsində yanıq xəsarətləri alıb. Körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra o, bədən səthinin 20 faizinin yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə göndərilib. Uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.