Jurnalist Orxan Camal öldürüldü

01 Avqust 2018 15:51

Əslən azərbaycanlı olan rusiyalı jurnalist Orxan Camal öldürülüb. Onunla bərabər yanında olan rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko da qətlə yetirilib. Hadisə Mərkəzi Afrika Respublikasında baş verib. Burada Rusiyaya məxsus "Vaqnerin ordusu"nun fəaliyyəti haqqında sənədli üzərində çalışan komanda üzvlərinin quldurluq məqsədilə öldürüldüyü ehtimal edilir. Orxan Camalın həyat yoldaşı ilə əlaqə saxlayan Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova meyitlərin mümkün qədər qısa vaxt ərzində ölkəyə gətirələcəyinə söz verib. 51 yaşlı Orxan Camal 2016-cı ildə dünyasını dəyişən tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur.