İxtisas seçimi başladı

30 İyul 2018 13:43

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Proses avqustun 13-dək internet vasitəsi ilə aparılacaq. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır. Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib.