Azərbaycan tankçıları yenə birinci oldu

30 İyul 2018 13:36

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsində Azərbaycan tankçıları yüksək nəticə göstərərək qrupda birinci olublar. Yarışların ilk günündə Azərbaycan tankçıları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışıblar. Azərbaycanlı heyət şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər. Nəticədə tankçılarımız rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar. Qeyd edək ki, bu il “Tank biatlonu” müsabiqəsində 23 ölkənin tankçıları mübarizə aparırlar.