Müdafiə naziri Moskvadadır

30 İyul 2018 13:34

Moskvada səfərdə olan Müdafiə naziri Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirdiyi mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub. O, sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə dair eksponatlara baxış keçirib. Eksponatlar yarışların keçirildiyi günlərdə nümayiş etdiriləcək. Zakir Həsənov “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün 150-dən çox milli mətbəx nümunələri təqdim ediblər. Azərbaycanın hərbi aşpazlarının hazırladığı yeməklər maraqla qarşılanıb.