Ölüm saçan ayaqüstü qidalar

27 İyul 2018 13:46

Bəxtiyar Həşimov kimi çoxları ayaqüstü yeməklərə üstünlük verir. Mütəxəssislərin sözlərinə görə, bəzi hamburgerlərin üzərinə dietik yazılsa da bu, kommersiya məqsədi daşıyır. Dietoloq Şəhriyyə Əhmədovanın sözlərinə görə, bir hamburgerdən alınan kalori 400-lə 1500 arasında dəyişir. Əslində sağlam qidalanan insan gün ərzində maksimum 1000 kalori dəyərində olan qida qəbul etməlidir.Avropa ölkələrində daha çox yayılan hamburger Azərbaycanda da geniş vüsət almaqdadır. Xüsusilə şəhərin müxtəlif yerlərində belə qidaların ticarəti ilə məşğul olanların sayı gündən-günə çoxalır. Həkimlər dünyanı cənginə alan xərçəng, həzm sisteminin pozulması kimi xəsətliklərin yaranma səbəbini bu cür yeməklərlə qidalanmaqda görürlər.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, alıcıların bu barədə maariflənməsi vacibdir. Əksər hallarda satılan qida haqqında məlumatlanmaq istəyən alıcı cavabsız qalır.Hər il iyulun 27-si dünyada hamburger günü kimi qeyd edilir. Onun satışı ilə məşğul olanlar müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar təşkil edirlər. Son illərdə Azərbaycanda da hamburgerə və digər fast-food yeməklərinə maraq artıb. Buna görə də, mütəxəssislər yediyinin fəsadlarını sonralar yaşamamaq üçün istehlakçıları normal qidalanmaya üstünlük verməyə çağırırlar.


SAMİR NAMİQOĞLU