Paytaxtda kökü quruyan, qəzalı vəziyyətdəki ağaclar kəsilir

24 İyul 2018 13:42

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, indiyədək kök üstə quruyan və qəzalı olan ağaclardan 70-i kəsilib. Görülən işlər hələlik paytaxtın Heydər Əliyev, Atatürk və Neftçilər prospektlərində, eləcə də, Yusif Səfərov küçəsində aparılır.  Verilən məlumata görə, qəzalı vəziyyətdə olan və qurumuş ağaclar təkcə bu ərazilərdə deyil. Belə hallara daha çox paytaxtın Nizami, Binəqədi və Nəsimi rayonlarında rast gəlinir. Mütəxəssislər bu günlərdə sürücülərə qəzalı və qurumuş ağacların ətrafında avtobomili saxlamağı məsləhət görmürlər. Bu, həm işin gedişini ləngidir, həm də əmlakınızı risklə üz-üzə qoyur.


SAMİR NAMİQOĞLU