Bezdirici mesajlardan necə qurtulaq?

24 İyul 2018 13:19

Şirkətlərin aksiyalar,kampaniyalar zamanı öz müştərilərini məlumatlandıdmağı normaldır. Amma bunu edən zaman səhvə yol verilməməlidir.Endirim xarakterli sms-lər yaşından, vəziyyətindən asılı olmayaraq hər kəsə göndərilməsi düzgün deyil. Reklam tipli sms-lərin təkcə müştərilərə deyil hər kəsə göndərilməsi qanunla qadağan olunsa da ,buna əməl edilmir.Mağazaların telefon nömrələrinin necə əldə etmələri isə başqa problemdir. Telekommunikasiya və reklam haqqında qanuna görə qanunlara görə mobil operator və provayderlərin abunəçiləri sms-i yalnız razılıq olandan sonra göndərə bilər. Belə olan halda istehlakçı nə etməlidir? Bir çox ölkələrdə bu cür SMS-lərin qarşısını almaq üçün sərt tədbirlər həyata keçirilir. Türkiyədə vətəndaşlara bu tip reklam xarakterli qısa mesajlar və elektron e-mail məktubların göndərilməsi qadağan edilib. Abonentin razılığı olmadan göndərilən qısa SMS-reklamların yayımını həyata keçirən şirkətlər isə cəzalandırılır. Rusiyada isə mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün deyil.


LEYLA ABBASOVA