Azərbaycan mətbuatının 143 illiyi qeyd edildi

21 İyul 2018 09:12

“Bu il 143 illiyini qeyd edən Azərbaycan milli mətbuatı xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində və dövlətçiliyimizin inkişafında əvəzsiz rol oynayır”. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat günü ilə bağlı keçirdiyi tədbirdə belə deyib. Bildirib ki, uzun tarixi yol keçən Azərbaycan mətbuatı müxtəlif illərdə müəyyən çətinliklərlə yanaşı, senzura ilə də üzləşib. Milli lider Heydər Əliyevin 1998-ci ildə senzuranı ləğv etməsi milli mətbuata yeni bir nəfəs verib. Bu gün də dövlətin sözə, azad mətbuata verdiyi dəyər, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar bu sahənin inkişafına təkan verir.