Dövlət əmlakı sahəsində əməkdaşlıq genişləndirilir

21 İyul 2018 08:58

Gürcüstan və Almaniya dövlət əmlakı məsələləri sahəsində Azərbaycanla sıx əməkdaşlığa hazırdır. Bu fikir 3 ölkənin müvafiq qurumlarının rəhbərlərinin Tbilisidə keçirilən görüşündə səslənib. Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Üç ölkə arasında dövlət əmlakı məsələləri sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tbilisi görüşünün nəticəsi olaraq, yaxın günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Almaniyanın dövlət əmlakı sahəsində mütəxəssislərin iştirakı ilə birgə seminar keçirilməsi qərara alınıb.


AZƏR MƏMMƏDOV