Dünyanın ilk vətəndaş robotu jurnalistlərə açıqlama verdi

19 İyul 2018 14:10

Dünyanın ilk vətəndaş robotu Gürcüstanda beynəlxalq konfransda iştirak edib. Sofiya adlı insanabənzər robot Tbilisidə keçirilən “Açıq hökumət tərəfdaşlığı” qlobal sammitində ictimai xidmətlər və innovasiyalar mövzusunda sessiyada auditoriyaya təqdim olunub. Jurnalistlər qarşısında çıxış edən Sofiya insanları təəccübləndirə bilib. Qadın robot Sofiya 2015-ci ildə yaradılıb. 2017-ci ildə ona Səudiyyə Ərəbistanının vətəndaşlığı verilib. Sofiya vətəndaşlıq almış ilk robortdur.