Türkiyə otellərinə kişilər buraxılmır - SƏBƏB?

17 İyul 2018 12:56

Türkiyəyə uçmağa 10 gün qalmış bron ləğv edilib.Və 5 nəfərin istirahəti demək olar ki alınmayıb. Məsələ ilə bağlı Türkiyənin Antalya bölgəsində yerləşən 5 ulduzlu otellə əlaqə saxladıq. Həmin oteli bron edən tur agentliklə də əlaqə saxladıq.Agentliyin açıqlamasını təqdim edirik. Azərbaycanın turizm şirkətləri də bu faktı təsdiq edirlər. Qrup halında Antalya və Bodrum bölgələrinə istirahətə yollanmaq istəyən azərbaycanlı kişilərə otellərdə yer verilmir. Bu qadağa əsasən 5 ulduzlu otellərdə tətbiq olunur. Tendensiya son illərdə  müşahidə edilir. Mütəxəssislərin sözlərinə görə, azərbaycanlı kişilər haqqında çoxsaylı şikayətlərdən sonra bu addımın atılmasına  başlanılıb. Bəzən də gənclərin və ailəlilərin əyləncələri və istirahəti üst-üstə düşmədiyindən narazalıq yaranır. Gənc və subay bəylər daha çox səs-küylü istirahət seçdiyi halda ailəli şəxslər əksini düşünürlər. Otel də bu halda çoxluğun tərəfində dayanır. Və qadağa tətbiq olunur. Türkiyənin turistik zonalarının otellərinin 30 faizində bu qadağa tətbiq olunur. Azərbaycanlı kişilər otelə yalnız xanımları və ya ailələri ilə birgə buraxılırlar. Mütəxəssislərin sözlərinə görə, tur paket alıb, otel bron edib, sonradan belə halla qarşılaşmısınızsa, bilməlisiniz ki, bu zaman qadağanı tətbiq edən otel əlavə ödəniş tələb etməmək şərtilə, seçiminizə uyğun olaraq, sizi digər otellə təmin etməlidir.


LEYLA ABBASOVA