DİN-dən əməliyyatla bağlı yeni məlumat

16 İyul 2018 14:15

Daxili İşlər Nazirliyi iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad Böyükkişiyevin zərərsizləşdirilildiyi əməliyyatla bağlı növbəti məlumat yayıb. Bildirilir ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərən Rəşad Böyükkişiyev əlində olan qumbaranı istifafə etməyə cəhd göstərərkən Daxili İşlər Nazirliyinin Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – “Aslanlar” tərəfindən məhv edilib.