Sürücülərin nəzərinə!

12 İyul 2018 17:19

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Paytaxtda Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində iyulun 13-ü və 14-də təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət iyulun13-ü səhər saatlarından məhdudlaşdırılacaq. Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.