TANAP regiona inkişaf və sabitlik gətirəcək

12 İyul 2018 10:31

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi irimiqyaslı layhələr regionun inkişafına müsbət təsir göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələr regionun təhlükəsizliyi baxımından da mühüm əhəmiyyətə malikdir. Gürcü ekspertlər bu transmilli layihələrin gerçəkləşməsində Azərbaycanın rolunu xüsusi vurğulayırlar. Yalnız Ermənistan yürütdüyü işğalçı siyasət nəticəsində bu layihələrdən kənarda qalıb. Bu da ölkənin regional inkişafdan geri qalmasına ciddi  təsir göstərir. Gürcü ekspertlərin fikrincə, vəziyyətin belə davam etməsi Ermənistana yaxşı heç nə vəd etmir. Gürcü ekspertlər bildirirlər ki, TANAP kimi strateji əhəmiyyətli layihənin reallaşması regionun gələcək inkişafına və təhlükəsizliyə xidmət edir. Bu layihə, eyni zamanda, Cənubi Qafqaza sülh və sabitlik gətirəcək. Gürcü ekspertlər bildirirlər ki, TANAP-ın əhəmiyyəti yalnız regionla məhdudlaşmır. Cənubi Qafqaza tərəqqi və sabitlik vəd edən layihə Avropa üçün də mühüm əhəmiyyətə malikdir. TANAP köhnə qitənin enerji asılılığını azaltmağa və enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək.


 AZƏR MƏMMƏDOV