Sürücülər! Bəzi yollar bağlanacaq

09 İyul 2018 13:33

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarına qədər yekunlaşacaq. Anoloji işlər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyə qədər olan hissəsində də aparılacaq. Bu səbəbdən sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.