Diplomatların peşə bayramıdır

09 İyul 2018 11:15

Beynəlxalq ictmaiyyət 1994-cü ilin sentyabrında BMT baş məclisinin sessiyasında ilk dəfə Azərbaycan həqiqətlərini dünyaya çatdıran ulu öndər Heydər Əliyevin simasında milli diplomatıyanın səsini eşitdi. Düzgün müəyyənləşdirilən xarici siyasət kursu nəticəsində Azərbaycan dünyaya tanıdıldı, tədricən tərəfdaş ölkələrin sayı artdı. Dünyanın aparıcı dövlətləri ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxdı. Praqmatik və qətiyyətli xarici siyasət kursu nəticəsində dünya Qarabağ həqiqətlərindən xəbərdar olub, erməni yalanları ifşa edilib. Azərbaycanın hücum siyasəti Ermənistanın dünya siyasi arenasında əvvəlki mövqeyinin zəifləməsi ilə nəticələnib. Bu gün Azərbaycan diplomatiyası münaqişənin həllində yalnız ATƏT-lə kifayətlənmir. Bütün siyasi tribunalardan istifadə edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün rəsmi Yerevana təzyiqlərin artırılmasına çalışır. Bu gün Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında yaxından iştirak edir. Qlobal problemlərin həllinə öz töhfəsini verir, qlobal qərarların qəbul olunmasında yaxından iştirak edir. Azərbaycan diplomatiyasının uğurlarından biri də dünyada Azərbaycanın müsbət nüfuzunun formalaşdırılması ilə bağlıdır. Məhz, buna görə, dünyanın bir-biri ilə rəqabət aparan super güclərinin hərbi rəhbərləri müzakirələr üçün təhlükəsiz məkan kimi Azərbaycanın seçirlər. Bütün bu uğurlara imza atan Azərbaycan diplomatları iyulun 9-da peşə bayramlarını qeyd edirlər. Onlar dünyanın müxtəlif qitələrində şərəflə xidmət edərək və ölkənin milli maraqlarını qoruyurlar.


LEYLA ABBASOVA