Tələbələrin köçürülməsinə start verildi

05 İyul 2018 15:38

İyulun 5-dən etibarən tələbələrin köçürülməsinə start verilir. Sənədlərin qəbulu "transfer.edu.az" portalı vasitəsi ilə həyata keçiriləcək və proses iyulun 20-dək davam edəcək. Bununla da tələbələr ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülə, yaxud ixtisasını dəyişdirə bilər. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.