Qohum rəhmətə gedirsə, toy edək, yoxsa yas saxlayaq?

05 İyul 2018 14:28

Toy mərasiminə hazırlaşan zaman qohumlardan biri rəhmətə gedəndə nə etməli? Elman Aslanov da bu sual qarşısında qalanlardan olub. Deyir, belə vəziyyətdə qərar qəbul etmək çətin olur. O, cəmiyyətin qınağını nəzərə almaq məcburiyyətində qalıb. Belə hallara cəmiyyətdə tez-tez çox rast gəlinir. Toy  etmək istəyən şəxs bəzən çıxılmaz vəziyyətdə qalır, qohum-əqrəbanın, qonşuların və digər yaxınların qınaq obyektinə çevrilməkdən, hətta bunun düşmənçiliklə bitməsindən ehtiyat edir. Sosioloq deyir  ki, belə vəziyyətlərdə tərəflər bir-birini anlamalı və vəziyyəti düzgün dəyərləndirməlidirlər.İslam dinində də vəfat edən insanın dəfn edilməsi və ona təziyə saxlanılması barədə qeydlər  var. Amma bu, insanın  həyata  keçirəcəyi ziyafət məclisinə əngəl olmamalıdır. İlahiyyatçı Əkrəm Həsənov deyir ki, İslamda 7, 40 və il mərasimləri qəbul olunmur. Bu kimi rituallar yanlış ideologiyaların təsiri nəticəsində yaranıb.Toy mərasiminə hazırlaşan cütlüklər ölən yaxının il mərasimini gözləməyə məcbur deyillər. Ailə qurmaq də savab əməllərdən hesab olunur. Ona görə də, toy mərasimlərinin keçirilməsi dini cəhətdən qəbul ediləndir. İslam dininə əsasən, vəfat edən şəxs dəfn olunduqdan sonra ölü üçün ifrat dərəcədə ağlamaq, yas tutmaq doğru hesab olunmur. Elman Aslanov kimi bu kimi hallarla rastlaşanlar yaxınlarının yasını 1 il saxlamağa məcbur deyillər, yaxın müddətdə toy mərasimini həyata keçirmək olar.

 

RAMİL ZEYNALLI