Balaca Zəhranın ölümündən bir il ötür

04 İyul 2018 14:12

Füzuli rayonunun cəbhə xəttinə yaxın yerləşən Alxanlı kəndində erməni ordusu tərəfindən qətlə yetirilən 51 yaşlı Sahibə Allahverdiyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölümündən bir il ötür. Geridə qoyduğumuz zaman əslində tez ötüb keçsə də balaca Zəhranın ürəyimizə həkk etdiyi silinməz yara heç bir zaman unudulmayacaq. Bu qan donduran hadisə Ermənistan dövlətinin terrorçu mahiyyətinin bir sübutudur.