Anomal istilər davam edəcək

03 İyul 2018 15:04

İyulun ikinci və üçüncü ongünlüyündə yenidən anomal istilər müşahidə ediləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, havada rütubətliyin nisbətən yüksək olması istini kəskinləşdirir. Vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq da edilib: "Vətəndaşlar saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar." Belə hava şəraitində uşaqların və yaşlı insanların ev şəraitində olmaları məsləhət görülür.