Şagirdlərin biliyi sınağa çəkildi

03 İyul 2018 14:05

Dövlət İmtahan Mərkəzi növbəti buraxılış imtahanlarını keçirilib. Tovuz üzrə 1958 nəfər 9-cu sinif, 1550 nəfər isə 11-ci sinif şagirdi imtahanda iştirak edib. Ümumilikdə respublika üzrə 57 min 625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Onlardan 32 min 795 nəfəri IX, 24 min 830 nəfər isə XI sinif məktəblisidir. İmtahan 9-cu lar üçün saat 10:00-da başlayıb. 11 sinif şagirdləri isə biliyini saat 15:00-də  sınaqdan keçirəcək. Imtahanların idartə olunmasına ümumilikdə 255 imtahan rəhbəri, 2917 nəzarətçi-müəllim ayrılıb.


HÜMMƏT QASIMZADƏ