Mediada Azərbaycan dilindən peşəkar istifadə

30 İyun 2018 17:14

Azərbaycan dilininin qorunmasında Kütləvi İnformasiya Vasitələrinin rolu əvəzsizdir. Məsələ Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin həyata keçirdiyi "Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək" layihəsi çərçivəsində yenidən gündəmə gətirilib. Azərbaycanın ilk ixtisaslaşmıs xəbər kanalı ARB24-ün kollektivi ilə görüşdə bununla bağlı məhsuldar müzakirələr aparılıb. Dövlət dilinin qorunması baxımından televiziyanın rolu yüksək qiymətləndirilib. “ARB:24” telekanalının icraçı direktoru Nadir Şəfiyev məsələnin köklü şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.Bundan əvvəl Gəncədə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə eyni məzmunlu müzakirələr aparan Azərbaycan Jurnalistlər Şəbəkəsinin növbəti ünvanı Xaçmaz olacaq.


HÜMMƏT QASIMZADƏ