Xaricdə təhsil almaq istəyənlərə XƏBƏR VAR

30 İyun 2018 15:03

Artıq xarici ölkələrdə təhsil almaq üçün xəyal qurmağa ehtiyac yoxdur. “Vision Academy” təhsil mərkəzi bu imkanları həyata keçirir. “Xaricdə Təhsil -2008” adlı forumda xaricdə təhsil almağın qaydaları ilə bağlı məlumat verildi. Bildirildi ki, mərkəzin xətti ilə hazırda dünyanın bir sıra ölkəsində xeyli sayda yerli tələbə təhsil alır. Fəaliyyətə başladığı gündən elm və bilik öyrətməyi prioritet hesab edən mərkəzin fəaliyyəti həm də tələbələrə xaricdə təhsil almaq üçün düzgün istiqamət göstərmək, doğru ixtisas seçimində onlara yardım etməkdir. Forumun gedişində xaricdə təhsil alan tələbələrin video müraciəti təqdim edildi. Mərkəz təhsillə yanaşı xaricdə iş imkanlarından yararlanmağa da kömək edir. Bunun üçünsə ingilis dili dərnəyinə qoşulub dil biliklərinə yiyələnmək vacibdir.


SİMNARƏ HƏMİDQIZI