İkili diplomun ilk məzunları

29 İyun 2018 15:54

Bu il UNEC-i bitirən tələbələrdən 5-i ikili təhsil proqramının ilk məzunu olub. Onlara Dövlət İqtisad Universiteti ilə yanaşı, Fransanın Monpelye Universitetinin də diplomu verilib. Proqrama qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələniblər. Fransanın Monpelye Universitetinin rəsmilərinin iştirakı ilə ikili diplom proqramının ilk məzunlarına diplomlar təqdim edilib. “Webometrics” Reytinq Agentliyinin iyun ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər”  reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3 min 614 istinad edilib. UNEC reytinqdəki mövqeyinə görə bir çox Amerika və Avropa universitetlərini də qabaqlaya bilib.


HİCRAN NƏSİBOVA