Azərbaycan Ordusu getdikcə güclənir

27 İyun 2018 16:09

"Son 27 il ərzində Azərbaycan Ordusu güclənib, bölgədə və dünyada təhlükəsizliyin təmin olunmasında iştirak edir. Azərbaycan terrorizmə qarşı mübarizədə etibarlı tərəfdaşdır". Bu fikirlər Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə səsləndirilib. Tədbirdə həmçinin Azərbaycan-Türkiyə-Gürcüstan arasındakı birgə əməkdaşlıqdan da söz açılıb. Tədbirin sonunda Azərbaycan Silahlı Qüvvələrindən bəhs edən qısametrajlı film nümayiş olunub.


AZƏR MƏMMƏDOV