Gürcüstanda azərbaycanlı mer həbs edildi

13 İyun 2018 22:02

Artıq bir neçə gündür Gürcüstanda istər sosial şəbəkələrdə, istərsə də ölkə mətbuatında bu məsələ gündəmin əsas mövzusuna çevrilib. Tbilisidə keçirilən aksiya zamanı Elçin Allahverdiyev adlı azərbaycanlı Bidzina İvanişvili və Temur Abazova qarşı qeyri-etik ifadələr işlədib. Hadisənin şahidi olan Milli Hərəkət Partiyasının Marneuli nümayəndəliyinin rəhbəri Rahim Əsgərov hadisənin anidən baş verdiyini deyir. Elçin Allahverdiyev adlı şəxsin qeyri-etik ifadələr işlətdiyi görüntü yayımlandıqdan sonra Temur Abazovun da iştirak etdiyi iddia olunan qrup ona qarşı qeyri-insani və alçaldıcı davranışlar edib. İnsan şəxsiyyətini alçaldan bu görüntülərdən sonra ölkə prokurorluğu hərəkətə keçib. Marneuli meri Temur Abazovun prokurorluğa çağırılıb və barəsində həbs qərarı çıxarılıb. Faktla bağlı Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və Temur Abazovun qohumu olan daha bir adamın adı istintaq materiallarında keçir. Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə Gürcüstan Milli Birlik Hərəkatı Partiyasının ofisində baş verib. Bundan sonra, onlar Elçin Allahverdiyevi ərazidəki restoranlardan birinə aparıblar. Orada onları Marneuli şəhərinin meri Temur Abazov gözləyib. İddia olunur ki, Abazov restoranda zərərçəkənin üzünə tüpürdükdən sonra vurub. Bundan sonra ondan merin həyat yoldaşını təhqir etdiyi üçün canlı yayımda üzr istəməsini tələb ediblər. Yaxın günlərdə prokurorluğun yekun qərar verəcəyi gözlənilir.

AZƏR MƏMMƏDOV