Uşaq əməyindən istifadə QADAĞANDIR !

12 İyun 2018 16:43

Bu kadrlar ötən illər ərzində çəkilib. Günlərdir apardığımız araşdırmalarda, paytaxt küçələrində bu cür hallarla qarşılaşmasaq da bölgələrlə bağlı eyni sözləri deyə bilmərik. Çünki hələ də bir çox yerdə həm yol kənarındakı satış yerlərində, həm də şəxsi təsərrüfatlarda uşaq əməyindən istifadə olunur.Kameramızı görüb üzlərini çevirən uşaqlar  yol kənarında dovşan satırlar.Müsahibə vermək istəməyən bu balaca satıcılar bu ərazini özləri üçün  iş yeri ediblər.Dediklərinə görə hər gün bura gəlib 3-5 manat çörək pulu qazanırlar. Statistik məlumatlara görə, Azərbaycanda əhalinin ümumi yaş strukturunda 0-14 yaş uşaqların payı 22-23 faiz təşkil edir. İstər beynəlxlaq, istərsə də ölkə qanunvericiliyi bu yaş qrupundakı uşaqların əməyindən istifadəni qadağan edir. Azərbaycanda uşaqlar daha çox fərdi təsərrüfatlarda işə cəlb olunur. Müqayisə küçə ticarəti və digər sahələrdə azyaşlıların əməyində istifadənin getdikcə azaldığını göstərir.  Azərbaycanda son 5 ildə uşaq əməyi xeyli azalıb. Küçədə əməyə cəlb olunan uşaqların sayında da azalmalar var. Qanuni olaraq 15 yaşdan yuxarı uşaqların çalışarkən əmək müqaviləsi bağlaması halları da artıb. Buna baxmayaraq əməyə cəlb olunan uşaqlar var. Əmək və əhalinin sosial müfafiəsi nazirliyindən bildirirlər ki, dövlət əmək müfəttişliyi bu sahə ilə bağlı hər il monitorinqlər aparır. Ötən il ərzində uşaq əməyindən istifadə ilə bağlı cəmi 1 və ya 2 hal aşkarlanıb. Uşaqlar onların əxlaqi kamillik mənəviyyəatına ziyan gətirən iş yerlərində,gecə klublarında ,kazinolarda restoranlarda narkotik və toksik maddələrin satışı dövriyyəsi, daşınması, kimi iş yerlərin önların işləməsi qəti qadağandır. Uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan təşkilatlar azyaşlıların əməyə cəlb olunmasını önləmək üçün qanunların işlək mexanizminin hazırlanmasını təklif edirlər. Mütəxəssislərin fikrincə, bu sahə ilə bağlı bir neçə qurum fəaliyyət göstərsə də olsa da, onlardan işi istənilən effekti vermir. Qanunvericiliyə əsasən  15 yaşdan aşağı uşaqları əməyə cəlb edənləri  sərt cəzalar gözləyir. Digər məsələ vaxtından öncə əməyə cəlb olunan uşaqların psixoloji vəziyyəti ilə bağlıdır. Araşdırmalar göstərir ki, belə uşaqlar təkcə fiziki yox, psixoloji olaraq istismar olunur. Bu hal onlarda özünü cəmiyyətdən ayrılmış hesab etmə və digər psixoloji problemlərə səbəb olur.  Yeni təhdid, çağırışlar ölkədə 1998-ci ildə qəbul olunan uşaq hüquqları haqqında qanun da təkmilləşdirilməsini və ya yenilənməsini labüd edir. Mütəxəssislər bu fikirdədir. Bununla yanaşı uşaqların zorakılıqdan qorunması üçün xüsusi reabilitasiya mərkəzlərinin yardılması, bağça və məktəblərin hüquq mühafizə orqanları ilə qarşılıqlı işləməsi üçün yeni mexanizmin hazırlanması da təklif olunur.


LEYLA ABBASOVA