Yağış Tovuza ciddi ziyan vurdu

10 İyun 2018 14:11

Səhər saatlarında təxminən 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb. Nəticədə kənd təsərrüfatı, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib. Rayon mərkəzinə və bir sıra kəndlərə elektrik enerjisi verilişi bir müddətlik dayandırılıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb. Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.