Sonuncu sınaq imtahanı keçirilir

10 İyun 2018 10:55

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 12 şəhər və rayonunda sınaq imtahanları keçirilir. Proses Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə, 26 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 5 min 252 abituriyent internet vasitəsilə qeydiyyatdan keçib. Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanların idarə edilməsi üçün 38 imtahan rəhbəri, 363 nəzarətçi-müəllim ayrılıb.