Ermənilər torpaqlarımızı talan edirlər

10 İyun 2018 09:53

Ermənistan bu yolla ölmüş iqtisadiyyatını dirçəltməyə çalışır. Çarəni kartofçuluqda görən işğalçı ölkə əkin sahələrini sürətlə genişləndirir. Hazırda əkin işləri daha çox Xankəndidə və Xocavənddə aparılır. Hətta həmin ərazilərdə hər hektara görə təsərrüfatçıya 200 min dram, yəni 405 Amerika Birləşmiş Ştatları dolları və 4 baş xırdabuynuzlu heyvan verilir. Ekspertlərin fikrincə, ermənilərin bu addımı inkişafdan daha çox siyasi məqsəd daşıyır. Onlar sadəcə işğal etdikləri torpaqlarda insanların sıx məskunlaşmasını istəyirlər. Ekspertlər bildirirlər ki, bu ümidlərlə Ermənistan heç nəyə nail ola bilməyəcək. Çünki başqalarının mal-mülkünü talan etməklə heç vaxt inkişaf edə bilməz, əksinə uçuruma doğru yuvarlanar. Bu, danılmaz faktdır. Amma bir fakt da var ki, Azərbaycan öz torapqlarını geri qaytarmaq iqtidarında olduğunu 2016-cı ilin aprel döyüşlərində Ermənistana da, beynəlxalq qurumlara da sübut edib. İşğal altındakı torpaqların talan edilməsi dayandırılmasa və Ermənistan Azərbaycan üçün təhdid yaratmaqda davam etsə, aprel döyüşləri təkrarlana bilər.


GÜNDÜZ MƏMMƏDOV