Həmsdərlər Ermənistana səfərə hazırlaşırlar

18 May 2018 14:16

ATƏT-in Minsk qrupu həmsədrlərinin gələn ay Ermənistana səfəri planlaşdılır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hazırda rəsmi Yerevanın yeni siyasi rəhbərliyində qeyri-müəyyənlik, məlumatsızlıq və təcrübəsizlik var. Bunu Azərbaycan tərəfi də çox gözəl başa düşür və buna görə də bu ölkədə gedən prosesləri çox diqqətlə və yaxından izləyir. İyunda aparılacaq danışıqlarda ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti tədbirlər planlaşdırılacaq. Bu sahədə Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. ermənistanın münaqişənin həlli ilə əlaqədar və hətta danışıqlar prosesinin formatının dəyişilməsi ilə bağlı verdiyi açıqlamalar isə qeyri-ciddi məzmuna malik olmaqla heç bir hüquqi, siyasi əsasa söykənmir.