XİN Laçınla bağlı bəyanat yaydı

17 May 2018 15:00

Xarici İşlər Nazirliyi Laçının işğalının 26-cı ildönümünü ilə əlaqədar  bəyanat  yayıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun 1992-ci il mayın 17-dən başlayan işğalı mayın 18-də tamamlanıb. Bunun da nəticəsində, rayon əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini  məcburi köçkün həyatı yaşayır. Rəsmi Bakı, münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, eləcə də  vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.