Tbilisdə V Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirildi

17 May 2018 10:14

“Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daha fəal cəlb olunmalıdır”. Bu fikirlər Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda səsləndirilib. Bildirilib ki, münaqişənin həllində diplomatik danışıqlarla yanaşı, münaqişə tərəflərinin bir-birinə yaxınlaşdırılması üçün digər danışıqlar formatlarından da istifadə oluna bilər. Forumda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələr arasında əməkdaşlıq, Cənubi Qafqazda təhlükəsizlik, bu regionda mövcud olan problemlər, Azərbaycan, Gürcüstan və Ermənistan arasında münasibətlər və digər məsələlər müzakirə olunur. Konfrans iki gün davam edəcək.


AZƏR MƏMMƏDOV