Prezident İlham Əliyev and içdi

18 Aprel 2018 15:13

Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər. Silahlı Qüvvələrin əsgərləri dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını təntənəli marşın sədaları ilə səhnəyə gətiriblər. Daha sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunub. Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi 17 aprel tarixli qərarı ilə Prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Əliyevi Azərbaycan Respublikasının prezidenti elan edib.


Prezident İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gedib. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək xatirələrini ehtiramla yad edib. Ölkə başçısı tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarlarını da ziyarət edib.