Uşağın üzərinə qaynar su töküldü

16 Aprel 2018 16:12

Sumqayıtda bədbəxt hadisə baş verib. Üzərinə qaynar su tökülən 1-ci sinif şagirdi yanıq xəsarəti alıb. Hadisə şəhərin İnşaatçılar qəsəbəsi "Gecə qondu" məhəlləsində baş verib. Sumqayıt şəhər sakini 7 yaşlı Əli Rüstəmov ehtiyatsızlıq nəticəsində qaynar sudan yanıb. Azyaşlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş olduğunu bildiriblər. Hadisəyə valideyn məsuliyyətsizliyi səbəb olub. Faktla bağlı araşdırma aparılır.