Yaddaşı zəif olanlar niyə cərimələnir?

14 Aprel 2018 11:28

Kimi təhlükəsizlik kəmərindən istifadə etmir, kimi isə qayda pozuntusundan susaraq  yayınmaq istəyir. Bu dəfə də yol hərəkəti qaydalarına məhəl qoymayanlar, qanundan qaça bilmədi. Yol polisi Tovuzda növbəti reyd keçirdi. Qayda pozuntusu olan yerdə qanunla cəzada mütləqdir. Bu həm sürücülərin, həm də piyada və ətrafdakıların təhlükəsizliyi üçündür.  Bir sözlə, cərimələr məsuliyyətsiz, diqqətsizlikdən nəticə çıxarmayan sürücülər üçün qaydalara təşviq vasitəsidir.Yoxlama zamanı ümumilikdə, 5-dən çox sürücüyə qarşı  inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə  protokol tərtib edildi. Hər gün yollarda baş verən qəzalardan nəticə çıxararaq yalnız bunu demək olar, yoldaş sürücülər, qanuna cərimələrdən qorunmaq üçün yox, insan həyatını qorumaq üçün əməl edin! 


HÜMMƏT QASIMZADƏ