Ön xəttə tələsən İGİDLƏR

13 Aprel 2018 19:04

Ön xəttə tələsən çağrışçılar müstəqil Azərbaycanın quruculuğunda və müasir ordumuzun inkişafında böyük əməyi olan ümumilider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra Heydər Əliyev Muzeyinə baş çəkdilər. Burada ulu öndərin həyat və fəaliyyəti barədə onlara məlumat verildi. Bu gün hərbi xidmətə yola düşən hər bir gənc çox yaxşı bilir ki, 20 faizdən çox torpağımız erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Torpağına canı və qanı ilə bağlı olan bu gənclərin indi yalnız bir amalı var şəhidlərimizin qisasını almaq və ərazi bütövlüyümüzü təmin etmək. Övladlarını hərbi xidmətə yola salan valideyinlərin də sevinci hədsizdir. Onlar övladlarının hərbi forma geyinəcəklərinə görə qürur hissi keçirirlər. Hərbi xidmətə çağrış bu ayın sonuna kimi davam edəcək.


GÜNDÜZ MƏMMƏDOV