Artıq tamah baş yarar

13 Aprel 2018 17:18

Bakı şəhər sakini olan Taleh Həşimov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək aprelin 4-də paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, yeni yaşayış massivində yaşadığı evə gedən zaman 3 nəfər naməlum şəxsin onun qarşısını kəsərək döydüyünü və cibində olan 3000 manat pulun onlar tərəfindən ələ keçirildiyini bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Ceyhun İsmayılov, Murad Əliyev və əvvəllər məhkum olunan Həmid Allahverdiyev saxlanılıblar. İlkin ifadələri zamanı onlar törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.